Rusiyanın valyuta ehtiyatları sürətlə əriyir – Açıqlama

Rusiya valyuta ehtiyatları bir həftə ərzində azalaraq, 378,1 milyard dollara enib.


Axar.az xəbər verir ki, bu barədə Rusiya Bankı açıqlama yayıb. Bankdan bildirilib ki, yanvarın 16-da 379,4 milyard olan ehtiyatlar bir həftə ərzində 1,3 milyard azalıb və yanvarın 23-də 378,1 milyarda düşüb. Rusiya valyuta ehtiyatlarının tarixi ərzində ən maksimum göstəricisi 2008-ci il avqustunda olub – 598 milyard dollar. Daha sonra qlobal böhranla bağlı valyuta ehtiyatı sürətlə əriməyə başlayıb və 2009-cu ilin martında ən minimum səviyyəyə enib - 376 milyard.