- Köhnə - Region
- 10 Fevral 2015 11:33
- 4 175
Türkiyənin 4 vilayətində zəlzələ baş verdi
Bu gün səhər saatlarında Türkiyənin 4 ayrı vilayətində zəlzələ baş verib.
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub.
Türkiyənin Boğaziçi Universitetinin Qəndilli Rəsədxanasının və ölkənin Seysmik Araşdırmalar İnstitutunun məlumatına görə, yeraltı təkanlar Hatay, Antalya, Şanlıurfa və Tuncelidə qeydə alınıb.
Dağıntı və tələfat haqda informasiya verilmir.