- Köhnə - Region
- 12 Fevral 2015 14:47
- 3 544
Ermənistanın qazı tamamilə kəsildi
Ermənistanın qazla təminatı bu gün saat 13.30-dan başlayaraq tamamilə kəsilib.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Novosti Armeniya" agentliyi yayıb.
Qazın Şimali Qafqaz-Zaqafqaziya qaz boru kəmərində olan nasazlıq ucbatından kəsildiyi deyilir.
Əldə edilən xəbərə görə Kazbek rayonunda daş uçqunu boru kəmərini sıradan çıxarıb.
Hazırda həmin ərazidə bərpa işləri həyata keçirilir.