Türkiyə Böyük Millət Məclisinin axşam keçirilən iclasında dava düşüb. Türkiyə Böyük Millət Məclisinin axşam keçirilən iclasında dava düşüb.

Parlamentdə dava düşdü – 5 deputat yaralandı

Türkiyə Böyük Millət Məclisinin axşam keçirilən iclasında dava düşüb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "haberturk" saytı yayıb.

Dava iqtidar partiyası hesab edilən AKP-nin və müxalifətçilərə mənsub olan Xalq Respublika Partiyasının deputatları arasında olub.

Nəticədə bir qadın deputat yaralanıb. Daha 3 kişi deputat müxtəlif zədələrlə parlamentin tibb məntəqəsinə aparılıb.


Deputatlardan Aykur Erdoğdu və Musa Çama isə başlarından aldıqları xəsarətə görə xəstəxanaya göndərilib.

Mübahisə təhlükəsizliklə bağlı qanun layihəsinin müzakirəsi zamanı baş verib.