- Köhnə - Region
- 25 Fevral 2015 11:51
- 4 173
Ankarada 54 nəfər saxlanıldı – SƏBƏB
Türkiyənin paytaxtı Ankara şəhərində 54 nəfər nəzarətə götürülüb.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "f5haber" saytı yayıb.
Məlumata görə, saxlanılan şəxslər qeyri-qanuni dinləmələrdə ittiham edilir.
Türkiyə Baş Prokurorluğunun təlimatı ilə həyata keçirilən əməliyyat eyni zamanda paytaxtın 20 bölgəsində baş tutub.
Ankara Polis İdarəsi tərəfindən nəzarətə alınan şübhəlilər Qazı Dövlət Xəstəxanasına gətirilib. Burada onlar sağlamlıq nəzarətindən keçdikdən sonra Ankara Polis İdarəsinə aparılıb.