- Köhnə - Region
- 26 Fevral 2015 21:29
- 3 130
Dağıstanda xüsusi əməliyyat zamanı 9 silahlı məhv edildi
Dağıstanın Qızılyurd rayonu ərazisində keçirilmiş xüsusi əməliyyat nəticəsində qanunsuz silahlı dəstənin 9 üzvü məhv edilib.
APA-nın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə "İnterfaks" agentliyinə Dağıstanın hüquq-mühafizə orqanlarından bildirilib.
Məlumata görə, xüsusi əməliyyat ötən gün səhər saatlarından başlayıb. Əməliyyat zamanı bir xüsusi təyinatlı həlak olub, daha biri isə yaralanıb. Əməliyyatın təfərrüatları açıqlanmır.