- Köhnə - Region
- 27 Fevral 2015 21:22
- 3 993
Metroda həyəcan: 14 yaralı – VİDEO
Türkiyənin İzmir şəhərində “Üçyol” metro-stansiyasında ilkin məlumatlara görə, eskalatoru hərəkətə gətirən kəndirin qopması nəticəsində sərnişinlər çətin duruma düşüb. Axar.az xəbər verir ki, bədbəxt hadisə nəticəsində 14 nəfər yaralanıb.
Əldə edilən məlumatlara görə, yaralananlara təcili tibbi yardım işçiləri hadisə yerindəcə müdaxilə edib. Ayağı qırılan bir nəfər isə xəstəxanaya aparılıb. Bədbəxt hadisədən sonra polis qrupu hadisə yerinə gələrək araşdırma aparmağa başlayıb.