Ermənistan İstintaq Komitəsi tərəfindən Rusiya Federal Təhlükəsizlik Xidməti Sərhəd İdarəsinin Ermənistandakı hərbi qulluqçusu, müqavilə əsasında xidmət göstərən Artur Afyanın itkin düşməsi ilə bağlı cinayət işi açılıb. Ermənistan İstintaq Komitəsi tərəfindən Rusiya Federal Təhlükəsizlik Xidməti Sərhəd İdarəsinin Ermənistandakı hərbi qulluqçusu, müqavilə əsasında xidmət göstərən Artur Afyanın itkin düşməsi ilə bağlı cinayət işi açılıb.

Ermənistanda Rusiya sərhədçisi itkin düşdü

Ermənistan İstintaq Komitəsi tərəfindən Rusiya Federal Təhlükəsizlik Xidməti Sərhəd İdarəsinin Ermənistandakı hərbi qulluqçusu, müqavilə əsasında xidmət göstərən Artur Afyanın itkin düşməsi ilə bağlı cinayət işi açılıb.



APA-nın "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, A.Afyan Ermənistan vətəndaşıdır.

Cinayət işinin Ermənistan CM-nin 104-ü maddəsi üzrə (qətlə yetirilmə) açıldığı bildirilir. 26 yaşlı A.Afyanın itkin düşməsi ilə əlaqədar hüquq-mühafizə orqanlarına onun arvadı müraciət edib. Yerli mənbələrə görə, itkin düşməmişdən əvvəl hərbçi böyük məbləğdə borcu olduğunu etiraf edib.