Rusiyalı siyasilər bu addımı ölkəni ələ salmaq kimi qimətləndirib Rusiyalı siyasilər bu addımı ölkəni ələ salmaq kimi qimətləndirib

Moskva Ankaradan izahat istədi

Rusiyalı siyasilər bu addımı ölkəni ələ salmaq kimi qimətləndirib

Rusiya Xarici İşlər Nazirliyi Ankaranın Moskva-Dəməşq təyyarəsini F-larla hava limanına endirməsinə izahat istəyib.

AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiya təyyarənin göyərtəsində 17 Rusiya vətəndaşının olduğunu əsas gətirərək izahat verilməli olduğunu bildirib.

Verilən məlumata görə, Rusiyanın Türkiyədəki səfiri artıq Xarici İşlər Nazirliyinə izahat tələbini çatdırıb. Bundan əlavə, Rusiyada bir çox siyasilər Türkiyənin bu addımını ölkəni ələ salmaq kimi qiymətləndiriblər.

Sadiq Musa
AzNews.az