Bu gün Türkiyənin İzmir şəhərində 46 nəfərin yaralanması ilə nəticələnən avtobus qəzası baş verib. Bu gün Türkiyənin İzmir şəhərində 46 nəfərin yaralanması ilə nəticələnən avtobus qəzası baş verib.

Avtobuslar toqquşdu - 46 yaralı

Bu gün Türkiyənin İzmir şəhərində 46 nəfərin yaralanması ilə nəticələnən avtobus qəzası baş verib.



Lent.az Doğan xəbər agentliyinə istinadən məlumat verir ki, İzmir-Aydın magistral yolunda iki avtobus toqquşduqdan sonra aşıb. Saat 16 radələrində baş vermiş qəza nəticəsində ilkin məlumata görə 46 nəfər yaralanıb. Magistral yolda hərəkəti bərpa etmək hələlik mümkün olmayıb.