Erməni əsilli amerikalı teleulduz Kim Kardaşyanın İrəvan səfəri Ermənistanda davam edən sosial narazılıq və iğtişaşların əsas səbəblərindən və katalizatorlarından biridir. Erməni əsilli amerikalı teleulduz Kim Kardaşyanın İrəvan səfəri Ermənistanda davam edən sosial narazılıq və iğtişaşların əsas səbəblərindən və katalizatorlarından biridir.

“İrəvanı qarışdıran Kardaşyandır“

Erməni əsilli amerikalı teleulduz Kim Kardaşyanın İrəvan səfəri Ermənistanda davam edən sosial narazılıq və iğtişaşların əsas səbəblərindən və katalizatorlarından biridir.




Virtualaz.org saytı xəbər verir ki, bunu ingilisdilli "The Daily Beast" internet nəşrində dərc olunmuş məqaləsində rusiyalı jurnalist Anna Nemtsova yazıb.
Jurnalist öz məqaləsində 34 yaşlı məşhur erməni pornoulduzu "Azadlıq ledisi" adlandırır. Bildirir ki, Kardaşyan bu ilin aprelində İrəvana səfər etməklə İrəvan sakinlərində dəyişikliklərə ciddi maraq və istək oyadıb, onları yeniliklərə həvəsləndirib.

"Çoxlu digər faktorlar və sualtı axın amilləri də var idi, amma realiti-şou ulduzunun apreldəki səfəri Ermənistandakı oyanışa təkan verdi" - deyə A.Nemtsova yazır.
Rusiyalı jurnalist öz məqaləsində Ermənistandakı çaxnaşmaların digər səbəblərini, o cümlədən elektrik enerjisinin bahalaşmasını və digər sosial problemləri də ingilisdilli oxuculara izah edib.

Yada salaq ki, Ermənistanda elektrik enerjisinin bahalaşmasına etiraz əlaməti olaraq keçirilən mitinqlər 10 gündür ara vermir. Aksiya iyunun 19-da İrəvanın Azadlıq meydanında başlayıb və sutka boyunca fasiləsiz olaraq davam edir. İyunun 22-də isə aksiyaçılar Ermənistan prezidentinin iqamətgahının yerləşdiyi Baqramyan prospektini bağlayıblar. İyunun 23-də polis aksiyanı suvuran maşınların köməyi ilə dağıdıb 237 nəfəri həbs etsə də Baqramyan prospektindəki mitinqlər elə həmin günün axşamından yenə davam edib.