İrəvanda aclıq aksiyası elan edənlər polis tərəfindən təqib olunduqlarını bildirirlər. İrəvanda aclıq aksiyası elan edənlər polis tərəfindən təqib olunduqlarını bildirirlər.

Ermənistanda aclıq edənlərin ailələrinə təzyiqlər... - Aksiya

İrəvanda aclıq aksiyası elan edənlər polis tərəfindən təqib olunduqlarını bildirirlər.


AzNews.az xəbər verir ki, bu barədə Azadlıq radiosunun Ermənistan bürosu məlumat verib.

Fəalların sözlərinə görə, hüquq-mühafizə orqanları onların ailə üzvlərinə təzyiq göstərməklə onları etirazdan imtina etməyə məcbur edirlər.

"Gəlirlər və polis bölməsinə dəvət edirlər. Elə indi evdəkilər zəng vurdu. Dedilər hansısa polis bölməsinə dəvət ediblər ki, mütləq gəlin. Dostları da...",- deyə etirazçılardan biri deyib.

Xatırladaq ki, İrəvanda elektrik enerjisi tariflərinin bahalaşmasına etirazlar iyunun 19-dan başlayıb. Baqramyan prospektini bağlayan etirazçılara bu müddət ərzində artıq iki güclü təzyiq göstərilib. İlk sərt təzyiq su şırnaqlarından istifadə etməklə iyunun 23-də baş verib. Lakin, güc tətbiq olunması etirazçıların sayını daha da artırıb.

İyulun 6-da isə Ermənistan 10 dəqiqə ərzində Baqramyan küçəsindəki barrikadaları dağıdıb və etirazçıları prospektdən çıxarıb. Bu zaman 46 nəfər etirazçı tutulub.



Aydan Axundova