- Köhnə - Region
- 20 İyul 2015 19:40
- 6 734
Terror aktı nəticəsində ölənlərin sayı 30-a çatıb - FOTOLAR
Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda terror aktı törədilib.
AzNews.az xəbər verir ki, "Miliyet" qazetinin hadisə ilə bağlı verdiyi məlumata görə, terror aktında ölənlərin sayı 30-a çatıb.
***
15:26
APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə yerli vaxtla saat 11.45-də (Bakı vaxtilə 13.45) baş verib. Amara Mədəniyyət Mərkəzinin həyətində partlayıcı qurğu işə salınıb. İlkin məlumata görə, hadisə yerində 10 nəfər ölüb, xeyli sayda yaralı var.
Partlayışı terrorçu-kamikadzenin törətdiyi ehtimal olunur. Partlayıcı qurğu mərkəzin həyətinin girişində işə salınıb.
Qeyd edək ki, Suriyanın Kobani şəhərinə yola düşmək üçün dünən İstanbuldan Şanlıurfaya gedən 300 gənc həmin mərkəzdə yerləşdirilib. Onların hamısı Sosialist Gənclik Dərnəkləri Federasiyasının (SGDF) üzvü olub.



