Etirazçılar yenidən əsas meydana qayıdırlar

Ermənistan hökümətinin elektrik enerjisi tariflərinin artırılması barədə qərarın ləğvini tələbi ilə bazar ertəsi Yerevanın əsas meydanında oturaq etiraz aksiyası keçiriləcək.


AzNews.az-ın Trend-də istinadən verdiyi məlumata görə, bu barədə "Ayağa qalx, Ermənistan" vətəndaş hərəkatı bildirib.

Etiraz aksiyası yerli vaxtla saat 18:00-da başlayacaq.

Qeyd edək ki, "Ayağa qalx, Ermənistan" hərəkatı avqustun 1-dək qərarın ləğv edilməsini tələb edir. Onlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə etiraz aksiyalarını davam etdirmək, əsas magistral yolları bağlamaq niyyətindədirlər.