Türkiyədə silahlı qarşıdurma - 3 terrorçu öldürüldü

Türkiyənin Ağrı vilayətində PKK terror təşkilatının üzvləri ilə təhlükəsizlik gücləri arasında silahlı qarşıdurma baş verib.


AzNews.az Publika.az-a istinadən xəbər verir ki, qarşıdurmada 3 terrorçu ölü olaraq ələ keçirilib.

Xəbərə görə, PKK üzvlərinın terror aktını törətməyə hazırlaşdığı müəyyənləşdirilib. Qarşıdurmanın baş verdiyi Fevzi Çakmak məhəlləsində təhlükəsizlik tədbirləri görülüb.