- Köhnə - Region
- 1 Avqust 2015 18:48
- 4 238
PKK-dan türk əsgərlərinə qarşı növbəti tələ - 1 əsgər öldü

Türkiyədə gərginlik səngimir.
AzNews.az xəbər verir ki, Anspress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bu gün daha bir qara xəbər yayılıb.
Qarsda mina partlayışı bir həbçinin ölümünə səbəb olub. Hadisə Kağızman - Karakurt magistralında baş verib. Bu yol PKK terrorçuları tərəfindən son 10 gündə iki dəfə kəsilib.
Terrorçular ərazidən keçən maşınları yandırıblar.
PKK terrorçularının maşın yardırmasından sonra şəhərə gələn yollardan biri bağlanıb. Hərbçi də məhz bu yolda aparılan təmizləmə işləri zamanı minaya basıb.
Son baş verən hadisələrdən sonra jandarma qüvvələri yolu bağlayıblar. Alternativ yol kimi isə başqa bir istiqamət açılıb.

Kağızman - Karakurt yolu
Ümumiyyətlə son iki gündə Türkiyədə terror hücumları nəticəsində 5-hərbçişəhid olub.
Türkiyədə iyul ayının 20-də Şanlıurfanın Suruc rayonunda 32 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra genişmiqyaslı antiterror əməliyyatına başlayıb. Bu hadisəni bəhanə edən PKK tərəfdarları Türkiyənin müxtəlif şəhərlərində zorakılıqlar və hətta ölümlə nəticələnən aksiyalar keçiriblər.
Türk Hava Qüvvələrinə məxsus qırıcılar terrorçuları bombalayıblar. Genişmiqyaslı əməliyyatlardan sonra ölən hərbçi və polis sayı 10-u keçib.