- Köhnə - Region
- 4 Avqust 2015 21:53
- 4 611
PKK terrorçularının növbəti hücumu - 1 hərbçi öldü, biri yaralandı
PKK terrorçuları Türkiyənin Şırnak bölgəsinin Silopi şəhərində yerləşən 172-ci tank briqadasının komandanlığının postunu atəşə tutublar.
AzNews.az xəbər verir ki, APA-nın "Milliyet" qəzetinə istinadən verdiyi xəbərə görə, hücum zamanı iki hərbçi yaralanıb. Yaralılar xəstəxanaya helikopter vasitəsilə çatdırılsalar da, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, PKK terrorçuları hücum zamanı minaatanlardan istifadə ediblər.