- Köhnə - Region
- 5 Avqust 2015 15:43
- 7 721
İstanbulda kimyəvi maddə sızması – Səma narıncı tüstüyə büründü (Video)
İstanbulun Tuzla sənaye zonasında dəri emalı fabrikində kimyəvi maddə sızması baş verib.
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, binadan narıncı tüstü çıxır.
Fabrikin işçiləri və ətraf tikililər evakuasiya olunublar. Qəza yerinə çoxlu sayda yanğınsöndürənlər cəlb olunublar.
Mütəxəssislər kimyəvi sızıntının mənbəyini neytrallaşdırmağa çalışırlar.


Aydan Axundova