- Köhnə - Region
- 6 Avqust 2015 21:51
- 4 912
Turistləri daşıyan avtobus aşdı - 4 ölü, 38 yaralı (Yeniləndi)
Türkiyənin Dənizli vilayətində baş vermiş avtobus qəzasının detalları açıqlanıb.
AzNews.az Report-a istinadən xəbər verir ki, ölənlərdən 4-ü də turistdir və onlar hadisə yerində keçiniblər. Bundan başqa, yaralılardan 35 nəfəri turist, biri sürücü, digər ikisi isə bələdçidir. Onlardan üçünün vəziyyəti ağırdır. Qəzaya yağışdan sonra yolun sürüşkən olması səbəb kimi göstərilib.
***
20:18
Türkiyənin cənub qərbində yerləşən Dənizli vilayətində Pamukkale şəhərindən Antalya şəhərində hərəkət edən içərisində turistlərin olduğu sərnişin avtobusu aşıb.
AzNews.az Report-a istinadən xəbər verir ki, ilkin məlumata görə, qəzada 4 nəfər ölüb, çox sayda yaralı var. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşını gəlib.