14 İraq hərbçisi İŞİD-in pusqusuna düşərək həlak oldu

Iraq ordusunun 14 hərbi qulluqçusu İŞİD-in qurduğu pusquya düşərək həlak olub.


AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hərbi qulluqçuların ər-Ramadi şəhəri yaxınlığında irəlilədikləri avtomobil konvoyu minaya düşüb.

İyulun sonunda Ər-Ramadi yaxınlığında terrorçu-kamikadzelərin hücumu nəticəsində 12 hərbçi həlak olmuşdu.

Qeyd edək ki, İraqın Ər-Ramadi şəhəri İŞİD silahlılarının nəzarəti altındadır.