İran XİN: “ABŞ-la İran arasında danışıqlar aparılmır”

İranın Xarici İşlər naziri Əli Əkbər Salehi Nyu-York Tayms qəzetində dərc olunan məlumatla bağlı açıqlama verib.

AzNews.az-ın İran mətbuatına istinadən verdiyi xəbərə görə, Salehi bildirib ki, ABŞ qəzetinin Vaşinqtonla Tehran arasında ikitərəfli danışıqların olması barədə məlumatlar həqiqətə uyğun deyil.

Salehi qeyd edib ki, nüvə proqramı ilə bağlı danışıqlar ancaq "5+1" formatında aparılır. İkitərəfli danışıqlardan söhbət belə gedə bilməz.

Sadiq Musa
AzNews.az