5 mərtəbəli bina dağıldı - Yaralılar var

Türkiyənin İstanbul şəhərinin Üsküdar rayonunda 5 mərtəbəli bina dağılıb.


AzNews.az xəbər verir ki, bu barədə Trend "Haber 7" telekanalına istinadən məlumat verir.

Dağıntılar altıında insanların qaldığı bildirilir. İlkin məlumata əsasən, yaxınlıqda olan 3 nəfər xəsarət alıb.

Hadisə yerinə yanğınsöndürmə və təcili tibbi yardım briqadaları göndərilib.

Hadisənin baş vermə səbəbi hələ bilinmir.