Qərblə İran arasında dialoq vacibdir Qərblə İran arasında dialoq vacibdir

Keçmiş Mossad rəhbərindən İran açıqlaması

Qərblə İran arasında dialoq vacibdir



İsrailin kəşfiyyat xidməti olan "Mossad"ın keçmiş rəhbəri Efrem Qalevi İranla bağlı açıqlama verib. AzNews.az-ın İsrail mətbuatına istinadən verdiyi xəbərə görə, Qalevi İran probleminin həlli üçün Tehranla dialoqun vacib olduğunu deyib. "İran düşməndə olsa, onunla dialoq yaratmaq lazımdır.

Bundan itiriləcək bir şey yoxdur". O, İranla dialoqun alınmamasında qərbi günahlandırmaqdan da çəkinməyib və bildirib ki, Qərb Tehranla danışıqlara mane olurlar. "Qərb dövlətləri bizə başa salmağa çalışırlar ki, İranla danışığa getsək münasibətləri legitimləşdirmiş olacağıq. Ancaq bu belə deyil".

Sadiq Musa
AzNews.az