Türkiyə Silahlı Qüvvələrinin PKK terrorçularına qarşı həyata keçirdiyi əməliyyat zamanı iki əsgər şəhid olub, səkkiz əsgər, bir mülki kənd gözətçisi yaralanıb. Türkiyə Silahlı Qüvvələrinin PKK terrorçularına qarşı həyata keçirdiyi əməliyyat zamanı iki əsgər şəhid olub, səkkiz əsgər, bir mülki kənd gözətçisi yaralanıb.

Türkiyədə 34 terrorçu öldürüldü, 2 əsgər şəhid oldu - VİDEO

Türkiyə Silahlı Qüvvələrinin PKK terrorçularına qarşı həyata keçirdiyi əməliyyat zamanı iki əsgər şəhid olub, səkkiz əsgər, bir mülki kənd gözətçisi yaralanıb.


APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyat nəticəsində 34 terrorçu məhv edilib.

Türkiyə Silahlı Qüvvələrin Baş Qərargahının açıqlamasında qeyd olunur ki, separatçı terror təşkilatının mənsubları sentyabrın 24-də gecə 23:00 və 25 sentyabr saat 05:40 radələrində Şırnakın Beytüşşebap rayonuna basqın ediblər. Basqının dəf edilməsi zamanı iki əsgər şəhid olub, səkkiz əsgər və bir mülki gözətçi yaralanıb.

Basqının qarşısını almaq üçün PKK terrorçularına qarşı hava hücumu həyata keçirilib, nəticədə 34 terrorçu öldürülüb.

Məlumatda o da bildirilir ki, xəstəxanaya yerləşdirilən yaralı şəxslərin həyatına təhlükə yoxdur.