Erməni şahmatçıları Azərbaycana hansı şərtlərlə gələcək?

Ermənistan Şahmat Federasiyası: “Azərbaycan əla olimpiada keçirəcək”



Ermənistanda keçiriləcək şahmat üzrə Avropa çempionatında Azərbaycan idmaçılarının iştirak etməyəcəyi ilə bağlı məlumatlara bu ölkənin Şahmat Federasiyasının vitse-prezidenti Aşot Vardapetyan münbasibət bildirib.

"Əgər Azərbaycan erməni idmançılarının 2016-cı ildə Bakıda keçiriləcək olimpiadada iştirak etmələrini istəyirlərsə, onlar da Ermənistanda keçiriləcək çempionatda iştirak etməlidirlər" deyə vitse-prezident qeyd edib.

O bildirib ki, Ermənistanda 1996-cı ildən etibarən beynəlxalq turnirlər keçirilsə də, Azərbaycan idmançıları bu yarışlarda iştirak etmirlər: "Əgər onlar bizim yığma komandanı Bakıda görmək istəyirlərsə, özləri də İrəvana gəlməlidirlər. Şübhə etmirik ki, Azərbaycan əla Olimpiada təşkil edəcək, amma onlar həm də erməni şahmatçılarının təhlükəsizliyini təmin etməlidirlər".

Alpər Oğuz
AzNews.az