Danışıqlar seçkidən sonraya qaldı

İranla "altılıq" ölkələri arasında növbəti görüş ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra baş tutacaq. "The Wall Street Journal"ın bu barədə məlumatına görə, növbəti görüşdə İrana qarşı sanksiyalar əsas müzakirə mövzusu olacaq. Belə ki, "İranın uranı zənginləşdirməsini dayandırması müqabilində bu ölkəyə qarşı tətbiq edilən sanksiyaların götürülməsi müzakirə ediləcək" deyə qəzet vurğulayıb.

Qəzet həmçinin qeyd edib ki, ABŞ-da prezident seçkiləri və İranda gələn il keçiriləcək seçkilərindən sonra iki ölkə arasında mzakirələr üçün diplomatik pəncərə açıla bilər.

Alpər
AzNews.az