Rusiya paytaxtında MDB ölkələri Təhlükəsizlik Şurası rəhbərlərinin üçüncü görüşü keçirilib. Rusiya paytaxtında MDB ölkələri Təhlükəsizlik Şurası rəhbərlərinin üçüncü görüşü keçirilib.

MDB-yə üzv dövlətlərin TŞ rəhbərlərinin üçüncü görüşü keçirildi

Rusiya paytaxtında MDB ölkələri Təhlükəsizlik Şurası rəhbərlərinin üçüncü görüşü keçirilib.


AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, görüşdə MDB məkanında milli təhlükəsizliyin təminatına dair aktual məsələlərə baxılıb.

Qanunsuz miqrasiyaya qarşı müvafiq orqanların əməkdaşlıq məsələləri, eləcə də MDB-yə üzv dövlətlərin beynəlxalq informasiya təhlükəsizliyinin təminatı sahəsində fəaliyyətinin koordinasiya edilməsi müzakirə olunub.

Yaxın Şərqdə və Mərkəzi Asiyada beynəlxalq və regional təhlükəsizlik mövzusu da MDB ölkələri Təhlükəsizlik Şurası rəhbərlərinin üçüncü görüşünün gündəliyində duran məsələlərdən olub. Bununla əlaqədar "İslam dövləti" (İŞİD) terrorçu təşkilatının ekspansiyasına qarşı mübarizədə, o cümlədən İŞİD tərəfindən MDB ölkələri vətəndaşlarının terrorçu təşkilata cəlb edilməsinə qarşı birgə addımların atılmasına baxılıb.Görüşdə iştirak edən Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının sədri Ramiz Mehdiyev rəhbərlik edib.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Paytuşev çıxışında MDB ölkələri başçılarının bu ilin oktyabrında 16-da Astanada keçirilən sammitində təhlükəsizliyin təminatına istiqamətlənmiş böyük sənədlər toplusunun imzalandığını, eləcə də beynəlxalq terrorçuluqla mübarizəyə dair birgə bəyanatın qəbul olunduğunu qeyd edib. Onun sözlərinə görə, MDB-yə üzv dövlətlərin müvafiq orqanlarının vəzifəsi bunların praktikada həyata keçirilməsini operativ təmin etməkdir.