Ermənistanda bankı partlatmaq istədilər

Ermənistanın Artaşet rayonunda yerləşən "AKBA-KREDİT AQRİKOL" bankın filialını partlatmaq istəyən şəxs yaxalnıb.

AzNews.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə saat 12 radələrində baş verib. Hadisə yerinə gələn polis və xilasedicilər bu şəxsi yaxalaya biliblər.

Bundan əlavə, filial əməkdaşlarının hamısı binadan evakuasiya olunub və orada axtarış aparılıb. Polis faktla bağlı araşdırma aparır. Hələlik hadisənin hansı səbəbdən baş verməsinə aydınlıq gətirilmir.

Sadiq Musa
AzNews.az