“Mülki təyyarlərə hücum yolverilməzdir” “Mülki təyyarlərə hücum yolverilməzdir”

ABŞ səfirindən aeroport bəyanatı

“Mülki təyyarlərə hücum yolverilməzdir”



ABŞ-ın Ermənistandakı səfiri Xankəndi aeroportu ilə bağlı məsələyə münasibət bildirib. Səfir Con Heffern mülki erməni təyyarələrinə hücumun yolverilməz olduğunu qeyd edib. Amerikalı diplomat bu barədə bəyanatı Ermənistanda NATO həftəsi şərçivəsində keçirilən seminarda Xankəndi aeroportu ilə bağlı Azərbaycan tərəfinin bəyanatlarının şərh edərkən vurğulayıb.

Tərəfləri təxribatlardan çəkinməyə şağıran ABŞ səfiri münaqişənin həllində ATƏT-in Minsk Qrupunun fikirlərini bölüşdüyünü diqqətə çatdırıb.

Qeyd edək ki, erməni tərəfi Xankəndi aeroportundan ilk uçuşun vaxtı barədə dəqiq məlumat verməyərək, bunun bir sıra texniki və hüquqi məsələlərin həllindən sonra mümkün olacağını bildirib.

Elnarə Əlosmanqızı
AzNews.az