- Qayıdış
- 17 Mart 2019 11:38
- 2 215
Bu gün hərbi hissələrdə “Açıq qapı” günü keçirilir

“Açıq qapı” günündə hərbi hissələrin komandanlığının valideynlərlə görüşləri keçiriləcək.
Novruz bayramı ərəfəsində Azərbaycan Ordusunun tabeçiliyində olan bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilir.
Tədbir çərçivəsində əsgər yaxınları, ictimaiyyət nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış, məişət şəraiti ilə tanış olur, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkirlər.
“Açıq qapı” günündə hərbi hissələrin komandanlığının valideynlərlə görüşləri keçiriləcək, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və Novruz bayramı münasibətilə digər mədəni-kütləvi tədbirlər təşkil olunacaq.
AzNews.az