O, 1964-cü ildə "Qoldfinger" filmində Bondun sevgilisini oynayıb. O, 1964-cü ildə "Qoldfinger" filmində Bondun sevgilisini oynayıb.

Ceyms Bondun sevgilisi vəfat etdi

O, 1964-cü ildə "Qoldfinger" filmində Bondun sevgilisini oynayıb.

"Agent 007" haqqında "Qoldfinger" filmində Ceyms Bondun sevgilisini oynamış britaniyalı aktrisa Tanya Male 77 yaşında vəfat edib.

Bu barədə məlumatı bondiana menecerlərinə istinadla "Daily Mirror" nəşri yayıb.

Qəzet menecerlərin bəyanatından bu sözləri sitat gətirib: "Biz çox təəssüf edirik ki, "Qoldfinger" filmində Tilli Masterson rolunu ifa etmiş Tanya Male vəfat edib".

T.Male öz karyerasına model kimi başlayıb. O, 1964-cü ildə "Qoldfinger" filmində Bondun sevgilisini oynayıb.

Həmin filmdə T.Malenin tərəf-müqabili Şon Konneri olub.(AZƏRTAC)

AzNews.az