- Qayıdış
- 13 İyul 2020 17:17
- 2 760
KTMT-nin təcili iclası təxirə salındı
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Azərbaycan-Ermənistan sərhədindəki qarşıdurma ilə əlaqədar çağrılan təcili iclası ertələnib
Bunu Təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov açıqlayıb.
“İclas tərəflər arasındakı əlavə konsultasiyanın aparılması, həmçinin müzakirənin aparılacağı formatın müəyyənləşdirilməsi səbəbilə ertələnib”, - V.Zaynetdinov bildirib.
Qeyd edək ki, bu gün KTMT-nin baş katibi Stanislav Zas Azərbaycan-Ermənistan sərhədində baş verən qarşıdurma ilə əlaqədar Daimi Şuranın təcili iclasını çağırmışdı. (Report)
AzNews.az