Itkin düşmüş hərbçilərin valideynləri və yaxınları Ermənistan Müdafiə Nazirliyinin (MN) binası qarşısında etiraz aksiyası keçirirlər Itkin düşmüş hərbçilərin valideynləri və yaxınları Ermənistan Müdafiə Nazirliyinin (MN) binası qarşısında etiraz aksiyası keçirirlər

Ermənistanda itkin düşmüş hərbçilərlə bağlı komissiya yaradılıb

Itkin düşmüş hərbçilərin valideynləri və yaxınları Ermənistan Müdafiə Nazirliyinin (MN) binası qarşısında etiraz aksiyası keçirirlər

Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda müharibədə itkin düşmüş hərbçilərlə bağlı qurumlararası komissiyanın yaradılması barədə qərar qəbul edib.

AzNews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Baş nazirin köməkçisi Nairi Sarkisyan itkin düşmüş hərbçilərin yaxınları ilə görüş zamanı bildirib.

Onun sözlərinə görə, bu gün Baş nazir itkin düşmüş hərbçilərlə bağlı genişləndirilmiş iclas keçirib.

İtkin düşmüş hərbçilərlə bağlı qurumlararası komissiya Baş nazirin müavinin rəhbərliyi altında fəaliyyət göstərəcək, qısa müddət ərzində itkin düşmüş hərbçilərin valideynləri və yaxınları onların yeri və vəziyyəti barədə məlumatlandırılacaqlar.

Qeyd edək ki, artıq bir neçə gündür Dağlıq Qarabağda baş vermiş hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbçilərin valideynləri və yaxınları Ermənistan Müdafiə Nazirliyinin (MN) binası qarşısında etiraz aksiyası keçirirlər.