Baş separatçının Rusiya xüsusi xidmət orqanları ilə görüşləri olacaq Baş separatçının Rusiya xüsusi xidmət orqanları ilə görüşləri olacaq

Araik Arutyunyan Moskvaya niyə çağrılıb?

Baş separatçının Rusiya xüsusi xidmət orqanları ilə görüşləri olacaq

Xankəndidə toplaşan erməni separatçılarının başçısı Araik Arutyunyan dünən təcili olaraq Moskvaya çağırılıb.

AzNews.az xəbər verir ki, "Hraparak" qəzetinin yazdığına görə, baş separatçının Rusiya xüsusi xidmət orqanları ilə görüşləri olacaq.

Qeyd edilir ki, ruslar Araik Arutyunyanın Nikol Paşinyanın göstərişləri ilə hərəkət etməsindən narazıdır.

“Rusiya xüsusi xidmət orqanları Arayik Arutyunyanın Ermənistan rəhbərliyinə itaətkar davranışından narahatdır və onu özünə gətirməyə çalışacaq”,-deyə qəzet yazır