MN Ermənistan mediasının yaydığı məlumatı təkzib edib

"Bölmələrimiz tərəfindən hər hansı atəş açılmayıb, sakitlikdir"

Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən bölmələri tərəfindən guya atəş açılması nəticəsində bir erməni hərbçisinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır.

Bu barədə Aznews.az-a Müdafiə Nazirliyindən bildirilib.