- Qayıdış
- 19 Avqust 2022 23:45
- 8 022
Ermənistanda bələdiyyə binasına silahlı basqın oldu - FOTO
Binada atəş səsləri eşidilib
Qumbara və tapança ilə silahlanmış şəxs Ermənistanın Ararat vilayətinin Masis şəhəri bələdiyyəsinin inzibati binasına daxil olub.
Aznews.az-ın Ermənistan mətbuatına istinadla xəbərinə görə, binada atəş səsləri eşidilib. Digər mənbələr polislə silahlı şəxs arasında danışıq getdiyini bildirir.
Hazırda bələdiyyə binası polis kordonu ilə əhatə edilib, əraziyə heç kim buraxılmır. Hadisə ilə bağlı hələ ki heç bir rəsmi məlumat verilmir.
Bələdiyyə sədrinin müavini bildirib ki, silahlı şəxs heç bir tələb irəli sürməyib, hadisənin motivi məlum deyil.