- Qayıdış
- 24 Avqust 2022 13:33
- 6 380
Laçın dəhlizində Rusiya sülhməramlılarının postları sökülür

Bununla da Laçın şəhəri Azərbaycanın nəzarətinə keçəcək
Laçın dəhlizində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi postların sökülməsinə başlanılıb.
"Report"un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, söküntü işlərinə avqustun 23-dən start verilib və davam etdirilir.
Bununla da Laçın şəhəri, Laçın rayonunun Zabux və Sus kəndləri aid olduğu dövlətin - Azərbaycanın nəzarətinə keçəcək.
Müvəqqəti postlar Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Qarabağla Ermənistan arasında əlaqəni təmin edən yeni hərəkət marşrutunda quraşdırılacaq.



