- Qayıdış
- 25 Avqust 2022 14:57
- 3 173
Ermənistan XİN Rusiyanın notasına cavab verib

XİN mətnin dərcini düzgün hesab etmir
Ermənistan Rusiya Xarici İşlər Nazirliyinin notasına cavab verib.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Qeyd olunub ki, notanın məzmunu daxili diplomatik yazışmaların tərkib hissəsidir. Ona görə də XİN mətnin dərcini düzgün hesab etmir.
Xatırladaq ki, avqustun 14-də İrəvanda “Surmalu” ticarət mərkəzində baş verən partlayışda Rusiya ittiham olunmuşdu. Bu səbəbdən rəsmi Moskva İrəvana nota vermişdi.