34 mülki Azərbaycan vətəndaşı minaların qurbanı olub 34 mülki Azərbaycan vətəndaşı minaların qurbanı olub

Son üç ayda aşkarlanan minaların sayı açıqlanıb

34 mülki Azərbaycan vətəndaşı minaların qurbanı olub

“Müdafiə Nazirliyi tərəfindən bu ilin avqust-oktyabr ayları ərzində Laçın, Kəlbəcər rayonlarında, Daşkəsən rayonun ərzisində, Tərtər və rayonun Suqovuşan istiqamətində yeni basdırıması ehtimal edilən 9 000-ə yaxın piyada, 2 500-ə yaxın isə tank əleyihinə minalar aşkarlanaraq zərərsizləşdirilib”.

Bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, 34 mülki Azərbaycan vətəndaşı minaların qurbanı olub: “Həmin minalar Ermənistan tərəfindən məqsədli şəkildə basdırılıb”. (report)