- Qayıdış
- 12 Sentyabr 2023 15:44
- 7 490
Binəli Yıldırım: “Zəngəzur dəhlizinin istifadəyə verilməsi Şimali Kiprə də böyük fayda verəcək"
“Zəngəzur dəhlizinin istifadəyə verilməsi Orta Dəhlizdə daşımaların maya dəyərini daha da aşağı salacaq və xəttin üçüncü ölkələrdən asılılığını azaldacaq”.
Bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, sabiq baş nazir Binəli Yıldırım “X”də yazıb.
O bildirib ki, Mersin və İsgəndərun limanları vasitəsilə Orta Dəhlizdən keçən yolu Şimali Kiprlə birləşdirmək mümkündür: “Bu addım türk dövlətləri ilə yanaşı, Şimali Kiprə də böyük fayda verəcək”.