"Paşinyan Amerika maraqlarının dirijoru kimi çıxış edir" -Ekspert

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya sülhməramlılarının guya Dağlıq Qarabağda üzərlərinə düşən vəzifənin öhdəsindən gələ bilmədiklərini bəyan edərək, Qərbin maraqları ilə hərəkət edir.

Aznews.az xəbər verir ki, bu barədə Moskva Dövlət Universitetinin Dövlət İdarəçilik Fakültəsinin Siyasi təhlil kafedrasının dosenti Aleksandr Konkov qeyd edib.

“O, başqasının oyunu ilə oynayır. Burada, həm Amerika Birləşmiş Ştatları , həm də Avropa İttifaqının maraqları var. O, həm də daha çox Rusiyanı, indiki halda Rusiya sülhməramlılarını Cənubi Qafqaz regionundan sıxışdırıb çıxarmaq məqsədi daşıyan Amerika maraqlarının dirijoru kimi çıxış edir”, - Konkov bildirib.

Bununla belə, o qeyd edib ki, bu, ictimai rəyin sarsılmasına təsir edir və Ermənistanda fəal şəkildə təbliğat aparan anti-Rusiya qüvvələri ilə yanaşı oynayır.

Mövsüm