- Qayıdış
- 16 Sentyabr 2023 14:28
- 8 925
ANAMA-nın avtobusu Laçında qəzaya uğrayıb, 3 əməkdaş xəsarət alıb
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) avtobusu Laçın rayonu ərazisində qəzaya uğrayıb, 3 əməkdaş xəsarət alıb.
Bu barədə Aznews.az-a ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 16-da Laçın rayonu ərazisində Agentliyə məxsus avtobus qəzaya uğrayıb. Avtobusda olan Agentliyin 3 nəfər əməkdaşı yüngül xəsarətlər alıb. Xəsarət alan şəxslər yaxınlıqdakı xəstəxanaya təxliyə ediliblər.
Xəsarət alan şəxslərin vəziyyəti stabildir. Həyatları üçün təhlükə yoxdur.