Müdafiə Nazirliyi: Erməni əsilli sakinlərin təxliyə kolonuna atəş açılması xəbəri yalandır

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən erməni əsilli sakinləri təxliyə edən Rusiya sülhməramlı kontingentinə məxsus kolonun atəşə tutulması barədə yayılan məlumatlar tamamilə yalandır və dezinformasiya xarakteri daşıyır.

Bu barədə Aznews.az-a Müdafiə Nazirliyindən bildirilib.

Nazirlik yayılan bu məlumatı qəti surətdə təkzib edib.