Qarabağda Rusiya sülhməramlılarının olduğu avtomobil atəşə tutulub , ölənlər var

Qarabağda Rusiya sülhməramlılarının olduğu avtomobil atəşə tutulub, ölənlər var.

"Aznews.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazidə - Canyataq kəndi yaxınlığında qeydə alınıb.

Məlumata görə, avtomobildə olan hərbçilər həlak olub.

Nazirliyin məlumatına görə, Rusiya və Azərbaycan istintaq orqanlarının nümayəndələri insidentin bütün detallarını aydınlaşdırmaq üçün hadisə yerində işləyirlər.