"DQR"-n qaçan "prezidentlər"i Laçında tutuldu

Qarabağda varlığına son qoyulmuş qondarma "DQR"-in iki keçmiş prezidenti- Bako Saakyan və Arkadi Qukasyanın Azərbaycan sərhədçiləri və xüsusi xidmət orqanları tərəfindən Laçın sərhəd keçid məntəqəsində saxlanıldığı barədə məlumatlar yayılıb.

Ermənistanın "Hraparak" xəbər saytının yazdığına görə, Bako Saakyan və Arkadi Qukasyanın Həkəri körpüsündən keçməyə cəhd edərkən saxlanması barədə tezliklə video yayımlanacaq.

Sayt həmçinin əlavə edir ki, Vitali Balasanyan və Davit İşxanyanın yeri məlum deyil.

Rəsmi Bakı hələlik xəbəri təsdiq etməyib.

AzNews.az