- Qayıdış
- 6 Oktyabr 2023 18:33
- 7 077
Azərbaycan Ordusunun hərbçisi yol qəzasında həlak olub
Azərbaycan Ordusunun hərbçisi Füzulidə yol qəzasında həlak olub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, oktyabrın 6-sı saat 03:45 radələrində Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Babayev Ziya Baba oğlu həlak olub.
"Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir", məlumatda deyilir.