Laçında ilk klassik musiqi axşamı

Laçında yeni istifadəyə verilmiş “Lacinema” Kino Mərkəzində “Laçın hekayəsi” adlı klassik musiqi axşamı keçirilib.

Bölgə müxbirimizin verdiyi xəbərə görə, beynəlxalq müsabiqələr laureatı, prezident təqaüdçüsü, pianoçu Nazxanım Dadaşovanın təqdim etdiyi layihədə dahi azərbaycan və dünya bəstəkarlarının əsərlərindən qurulmuş kompozisiya 31 ilik işğal dövrünün ağrı acısını və Zəfər təntənısini özündə əks etdirən hekayə üzərində qurulub.

Q. Vişnevskaya ad. opera mərkəzinin solisti Nigar Cəfərovanın, beynəlxaq müsabiqələr laureatı Gülsüm Xəlilovanın ifalarında səslənən ariyalar alqışlarla qarşılanıb. Konsertdən sonra çıxış edən, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov gənc ifaçılara təşəkkür edərək, yüksək musiqi zövqü formalaşdıran belə gecələrin Laçında mütəmadi olaraq keçiriləcəyini bildirib.