- Qayıdış
- 10 Yanvar 22:59
- 7 209
Bu il daha beş şəhərə keçmiş məcburi köçkünlər qaytarılacaq
![](https://www.aznews.az/storage/2024/01/10/d1e704be-36a1-398d-a5fd-7e6e48984d79_850.jpg)
İnfrastruktur layihələri (Qarabağ və və Şərqi Zəngəzurda həyata keçirilən – red.) imkan verir ki, biz bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq və onların bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər - Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocalı şəhərləri olacaq.
Aznews.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib.
Dövlət başçısı Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.