- Qayıdış
- 28 Fevral 2024 20:29
- 10 059
Qarabağ Universiteti ilə bağlı ilk vakansiya elan edilib

Qarabağ Universitetində proqram rəhbəri vəzifəsi üzrə vakansiya elan edilib.
Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, tələblərə cavab verən namizədlər müraciətlərini karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiya üzrə son müraciət tarixi 15 mart 2024-cü ildir. Namizədlər ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərlər: Qarabağ Universitetində vakansiya – proqram rəhbəri
Qeyd edək ki, Qarabağ Universiteti işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Universitet Xankəndi şəhərində fəaliyyət göstərəcək.