Denis Pak medal, Sergey Qaysin isə orden aldı Denis Pak medal, Sergey Qaysin isə orden aldı

Putin futbolçuların döydüyü məmurlara mükafat verdi

Denis Pak medal, Sergey Qaysin isə orden aldı

Rusiya prezidenti Vladimir Putin futbolçular – Aleksandr Kokorin və Pavel Mamayevin Moskvanın mərkəzindəki kafedə döydükləri məmurları mükafatlandırıb.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, Sənaye və Ticarət nazirliyinin departament direktoru Denis Pak “Vətən qarşısında xidmətlərinə görə” medalı ilə, “NAMİ” şirkətinin baş direktoru Sergey Qaysin isə “Aleksandr Nevski” ordeni ilə təltif edilib.

Xatırladaq ki, oktyabrın 11-də Moskvanın Tver məhkəməsi hər iki futbolçunu 2 aylıq həbs cəzasına məhkum edib.

© AzNews.az

image description